Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusu adına son 3 namizədin adını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, bunlar Pyer-Emerik Obameyanq ("Arsenal", Qabon) və Sadio Mane ("Liverpul", Seneqal) və Məhəmməd Salahdı ("Liverpul", Misir).

Maraqlıdı ki, ötən il də son üçlükdə məhz bu hücumçular yer almışdı. İlin ən yaxşısı isə Salah seçilmişdi.

Mükafatın sahibi yanvarın 8-də Seneqalın paytaxtı Dakarda keçiriləcək mərasimdə açıqlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp