"Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, Ozobiç açıqlamasında həm “Qarabağ”, həm də Azərbaycan millisi ilə bağlı fikirlərini bölüşüb:

"Çempionlar Liqasında və Avropa Liqasında kifayət qədər oyunlar keçirdik. Bir neçə cəbhədə mübarizə apardığımız üçün baş məşqçimiz heyətdə tez-tez rotasiyalar edirdi. Hələ ki, çempionatın ilk hissəsi arxada qalıb. İnanıram ki, sonda titula sahib olacağıq. Çempionatın lideri olan "Neftçi"dən 3 xal geridəyik".

Ozobiç Azərbaycan millisi barədə da danışıb:

“Hazırda millinin işləri yaxşı getmir. Azərbaycan millisinin Millətlər Liqasındakı nəticəsi məyusluq yaradıb. Robert Prosineçkinin millinin baş məşqçisi olduğu vaxt yığma yaxşı nəticələr göstərirdi. İndi isə Kosovoya 0:4 hesabı ilə uduzdular. Azərbaycan millisinin potensialı var. Amma Kosovoya bu məğlubiyyət onları üzdü. “Qarabağ”la müqaviləm 2+1 il müddətinədir. Məni Azərbaycan millisinə çağırsalar, bu təklifi sevinclə qəbul edərəm”. 

Ozobiç Xorvatiya millisinin heyətində rəsmi oyun keçirməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp