Dortmund “Borussiya”sının gənc yarımmüdafiəçisi Kristian Pulişiç bundan sonra karyerasını “Çelsi”də davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, “zadəganlar” 20 yaşlı ABŞ-lı futbolçunun transferi üçün “Borussiya” ilə razılığa gəlib. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

“Çelsi” Pulisiç üçün Dortmund klubuna 64 milyon avro ödəyəcək

Futbolçunun xidmətində “Bavariya”, “Arsenal” və “Liverpul” da maraqlı idi.

Pulişiç bu mövsüm “Borussiya”nın heyətində iştirak etdiyi 18 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp