Futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turunun “Kardiff Siti” ilə oyunu “Tottenhem”in futbolçusu Harri Keyn üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, London təmsilçisinin 3:0 hesabıyla qalib gəldiyi görüşün 3-cü dəqiqəsində rəqib qapısına yol tapan 25 yaşlı futbolçu karyerasında yeni rekord müəyyənləşdirib.

“Opta”nın yaydığı məlumata görə, Keyn Premyer Liqada qarşılaşdığı 28 komandanın hamısına qol vurmağı bacarıb. O, indiyədək yalnız “Kardiff Siti”yə qol vura bilməmişdi ki, buna da son turda nail olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp