Hücum xəttini gücləndirmək istəyən "Zirə" axtarışlarını davam etdirir. “Qartallar” "Vorskla"nın hücumçusu Nikolas Karekanı rənglərinə bağlamağa çalışır.
 
21 yaşlı forvardın keçidi üçün onun müqaviləylə məxsus olduğu "Qremio"ya təklif göndərilib. Braziliya klubu ilə danışıqlar müsbət yekunlaşsa, transfer baş tutacaq.
 
Gənc hücumçu 2018-ci ilin yayında Ukraynanın "Vorskla" klubuna 1 illik icarəyə verilib. O, Avropa Liqasının qrup mərhələsində Poltava klubunun heyətində "Qarabağ"la oyunların hər ikisində meydanda olub.
 
Riçard Qadzeylə danışıqlar uğurla yekunlaşmadığından, “Zirə” bu transferdə israrlıdı. Sabiq oyunçuları “Sabah”la danışıq aparır, belədə hücum xətti üçün yeni futbolçuya ehtiyac var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp