Vaqif Cavadovla vidalaşa bilməyən “Keşlə”nin başı hələlik məşqçi təyinatına qarışıb. Tərlan Əhmədov “Neftçi”dən birgə ayrıldıqları Rəşad Sadiqovu yanına gətirir. Sabiq yarımmüdafiəçi məz paytaxt klubunda məşqçi karyerasına başlamaq niyyətindədi. Artıq bütün məsələlər yekunlaşıb, Sadiqovla müqavilə bağlanacaq.
 
Əvəzində fiziki hazırlıq üzrə məşqçi Aleksandr Krakliç “Keşlə”dən ayrılır. Serbiyalı Çindən yaxşı təklif alıb və gedəcəyini rəhbərliyə çatdırıb. Sadiqov heç də Krakliçi əvəz etməyəcək, “Keşlə” fiziki hazırlığa cavabdehlik üçün yeni birini tapmalıdı. Lakin Rəşadın gəlişindən sonra böyüyən məşqçilər heyətində başqa ixtisarın olması mümkündü. Bu məsələyə isə yanvarın 13-dək, komanda Türkiyəyə yollanana kimi aydınlıq gəlməlidi.
 
Elə Vaqif Cavadovla bağlı məsələ də ovaxta kimi aydınlaşacaq. Klub rəhbərliyinin istəmədiyi futbolçu özü də “Keşlə”dəki durumundan razı deyil və yeni variant axtarır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp