Anar Nəzirovun “Qəbələ”yə keçməsinə mane olmayan “Zirə” daha bir futbolçusunu itirəcək. Vüsal İsgəndərlinin “qartallar”ın düşərgəsində qalması mümkün olmayacaq.
 
Futbolinfo.az xəbər verir ki, bu futbolçu öncə “Keşlə”yə keçmək üçün icazə istəmişdi. Lakin sonradan danışıqlar baş tutmamışdı. “Keşlə” yarımmüdafiəçinin istədiyi maaşı vermədiyindən, Vüsal fikrini dəyişmişdi.
 
Lakin iş ondadı ki, indi də baş məşqçi Samir Abasov İsgəndərlinin qalmasında maraqlı deyil. Futbolçuya özünə klub tapması məsləhət bilinib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp