Futbol üzrə Portuqaliya Sequndasında 15-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Penafiel”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb.

“Eştoril” 15 oyuna topladığı 29 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp