Ukraynanın “Şaxtyor” (Donetsk) klubunda 2018-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, Donetsk təmsilçisində ötən ilin ən yaxşı oyunçusu komandanın kapitanı olan Tayson seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Azarkeşlər arasında keçirilən sorğu əsasında braziliyalı futbolçu 4675 səslə qalib olub. 2-ci yeri İsmaili, 3-cü yer isə Marlos tutub.
Tayson 2018-ci ildə “Şaxtyor”un heyətində keçirdiyi 34 matçda 9 qol vurub və 13 məhsuldar ötürmə verib.