İtaliyanın "Latsio" klubunun prezidenti Klaudio Lotito cərimələnib.

Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Lotitonun A Seriyasının 19-cu turunda "Torino" ilə keçirilən matçın (1:1) fasiləsində paltardəyişmə otağına girərək, hakimlər briqadasını təhqir etməsi olub.

Lotito İntizam Komitəsi tərəfindən 10 min avro cərimələnib.

"Latsio" A Seriyasında 19 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb.

Shares: