Futbol üzrə Qazaxıstan çempionu "Astana" yeni mövsümə hazırlıq planlarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydanın çıxış etdiyi paytaxt təmsilçisi ənənəvi olaraq ilk təlim-məşq toplanışını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirəcək. Bu, yanvarın 15-dən 30-dək olacaq.

İlk toplanışda fiziki hazırlıq, yeni mövsümə funksional təməlin qoyulması nəzərdə tutulub. Yoxlama matçları ikinci toplanışda – fevralın 3-dək 24-dək Türkiyədə olacaq. Bu zaman artıq çox qarşılaşma olacaq.

Qeyd edək ki, ailə məsələləriylə əlaqədar ötən ilin avqustundan "Astana"dan ayrılan "Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçuk ilk toplanışda iş başına qayıdacaq.

Shares: