“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Fransa çempionatında mübarizə aparan klub Almaniya “Şalke”sindən Naldonu heyətinə qatıb. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
36 yaşlı müdafiəçi yeni klubu ilə 2020-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm Bundesliqada 7 oyun keçirib.