Futbol üzrə Almaniya Bundesliqasında cari mövsümün ilk dövrəsinin rəmzi heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, rəmzi heyətdə ilk dövrəni 42 xalla lider bitirən Dortmund “Borussiya”sının 5 futbolçusu yer alıb:
Qapıçı: Peter Qulaçi (Leytpsiq);
Müdafiəçilər: Yozua Kimmih, Niklas Süle (hər ikisi “Bavariya”), Dayot Upamenko (Leyptsiq), Əşrəf Hakimi (Borussiya D);
Yarımmüdafiəçilər: Marko Roys, Aksel Vitsel, Ceydon Sanço (hər üçü “Borussiya” D);
Hücumçular: Sebastyen Aller, Luka Yoviç (hər ikisi “Ayntraxt”), Robert Levandovski (Bavariya);
Ən yaxşı ehtiyat oyunçu: Pako Alkaser (Borussiya D).