İngiltərənin “Mançester Siti” klubu Premyer Liqanın 21-ci turunda öz meydanında “Liverpul”u 2:1 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, matçın 40-cı dəqiqəsində “şəhərlilər”i hesabda 1:0 önə keçirən qolun müəllifi olan Serxio Aquero, karyerası ərzində ölkə çempionatlarında 250-ci qolunu vurub. O, “Atletiko” formasıyla 74, “Mançester Siti”də 153, Argentinanın “İndependyente” klubunda isə 23 qol vurub.
Bu qol, həm də Premyer Liqa tarixində bir ilk olub. “Mançester Siti”nin son 7 ev oyununda fərqlənən Aquero, Premyer Liqa tarixində ilk futbolçu olub ki, ardıcıl 7 ev oyununda qol vurmağı bacarır.