“Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü dövrəsinin hazırlığına start verib. 

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda bu gün 2019-cu ildə ilk məşqinə çıxıb. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutan məşq prosesi təxminən 1 saat davam edib.

Qeyd edək ki, növbəti dövrəyə hazırlığın 1-ci mərhələsi yanvarın 11-dək davam edəcək. 2 günlük istirahətin ardınca isə komanda Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Shares: