“Barselona”nın heyətində kifayət qədər şans qazanmayan Filip Koutinyo üçün sürpriz iddia irəli sürülüb. İspaniya mətbuatının yazdığına görə, Liqa-1 təmsilçisi PSJ, Kataloniya klubunun braziliyalı futbolçusunu heyətinə qatmaq istəyir.
 
Sərbəst qalma dəyəri 400 milyon avro olaraq göstərilən 26 yaşlı futbolçu üçün Paris təmsilçisinin yay transfer dövründə təklif irəli sürəcəyi bildirilir. Braziliyalı vinger keçən mövsüm “Liverpul”dan 135 milyon avro müqabilində transfer olunmuşdu. Onun hazırkı transfer dəyəri 140 milyon avro olaraq qiymətləndirilir.
 
Koutinyo bu mövsüm “Barselona”nın heyətində iştirak etdiyi 28 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə verib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp