İtaliyanın “İnter” klubu “Arsenal”ın İvan Perişiç üçün etdiyi təklifi qəbul etməyib. Perişiçin müqabilində “İnter”ə Məsut Özili təklif edən “topçular”ın bu istəyini qarşı tərəf qəbul etməyib. “İnter”in Özili istəmədiyi və xorvat futbolçu üçün azı 40 milyon avro tələb etdiyi bildirilir.
 
İtaliya təmsilçisinin baş məşqçisi Luçano Spaletti isə məsələylə bağlı açıqlama verərək, bunları deyib: “Perişiçi istəyən klublar yaxşı təkliflər etməlidirlər. Çünki o, çox vacib futbolçudu”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp