Afrika Millətlər Kubokunun vaxtı dəyişdirilib. Bu barədə yarışın Təşkilat Komitəsindən "Frans-Press"ə bildirilib. Kubokun təqvimində dəyişikliyə Ramazan ayı səbəb olub.
 
Bir neçə Şimali Afrika ölkəsindən Afrika Futbol Konfederasiyasına müraciət olunub və Ramazan ayı zamanı oruc tutacaq futbolçuların yarışda çətinlik çəkəcəkləri bildirilib. Buna görə də turnir əvvəlcədən nəzərdə tutulduğu kimi 15 iyun – 13 iyulda deyil, 21 iyun – 19 iyulda keçiriləcək.
 
Xatırladaq ki, bu il Afrika Millətlər Kuboku Misirdə keçiriləcək. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp