Azərbaycan klubları Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışlarını başa vurdu. Artıq bütün elita təmsilçiləri vətənə qayıdıb. Bu vaxtlar üçün Antalyaya xas olmayan əlverişsiz hava şəraiti komandaların planlarını xeyli pozsa da, ümumilikdə baş məşqçilər yetirmələrini kifayət qədər sınaq matçında görə bildi.
 
Toplanış ərzində təmsilçilərimiz ümumilikdə 28 oyun keçirə bildilər. “Qarabağ”, “Səbail”, “Sabah” və “Keşlə” 4 matç oynadısa, “Neftçi”, “Sumqayıt”, “Qəbələ” (“Qırmızı-qaralar”ın Almaniya “Meppen”i ilə oyunu 3 hissədən ibarət oldu) və “Zirə” 3 görüşdə qüvvəsini sınadı. “Səbail”in “Kaysar”la oyunu 20-ci dəqiqədə, “Sumqayıt”ın “Optik”lə görüşü isə 2-ci hissədə təxirə salındı. 28 qarşılaşmanın 17-də qələbə qazanan təmsilçilərimiz 6 dəfə məğlubiyyətlə üzləşdi, 5 oyunda qalib müəyyənləşmədi. Ümumilikdə 50 qol vuran Azərbaycan klubları 35 dəfə topu tordan çıxarmalı oldu (futbolpress.az).
 
Hazırlıq dönəmində böyük hesabla məğlub olmayan təmsilçilərimiz iki darmadağına sevindi. Premyer Liqanın lideri “Neftçi” Rumıniya “Qaz Metan”ını 3, Bolqarıstan “Beroe”sini 4 cavabsız qolla məğlub etdi.
 
Ayrı-ayrılıqda klublara nəzər salsaq, bütün oyunlarda müksimum nəticə göstərən yalnız “Zirə”di. Samir Abasovun komandası 3 matçı qol buraxmadan qələbə ilə başa vurdu. Ancaq əgər Antalyadakı nəticələrə görə turnir cədvəli tərtib olunsaydı, bu zaman lider “Səbail” olardı. Aftandil Hacıyevin komandası 4 matçın 3-də qələbə qazandı, 1 oyunda heç-heçə etdi.
 
Antalyada ən çox qol vuran “Sabah” oldu. Premyer Liqanın debütantı 4 matçda 10 dəfə fərqləndi. Bu baxımdan ən pis nəticə “Keşlə”dədi – cəmi 2 qol. Antalyanın bombardiri isə “Səbail”in üzvü Orxan Qurbanlı oldu. O, 3 qol vurmaqla hamını qabaqladı.
 
Ən zəif nəticə göstərənlər “Qarabağ” və “Keşlə” oldu. 4 oyunun yalnız 1-də qələbə qazana bilən bu komandalar 2 dəfə uduzdu, 1 matçda heç-heçəyə razılaşdı.
 
 
Premyer Liqa klublarının Antalyada keçirdiyi yoxlama oyunları:
 
“Neftçi” – 3 oyun, 2 qələbə, 1 məğlubiyyət. Top fərqi – 8:2
“Neftçi” – “Qaz Metan” (Rumıniya) – 3:0
Qollar: Rəhman Hacıyev, Əli Şirinov (2)
“Neftçi” – “Slovan” (Liberets, Çexiya) – 1:2
Qol: Mirbadulla Abbasov
“Neftçi” – “Beroe” (Bolqarıstan) – 4:0
Qollar: Dario Frederiko (2), Baqali Dabo, Vanqelis Platellas
 
“Qarabağ” – 4 oyun. 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət. Top fərqi  – 5:6
“Qarabağ” – “Uypeşt” (Macarıstan) – 0:1
“Qarabağ” – “Bohemians” (Çexiya) – 3:1
Qollar: Filip Ozobiç, Donald Gerye, Simeon Slavçev
“Qarabağ” – “Pyast” (Polşa) – 1:1
Qol: Araz Abdullayev
“Qarabağ” – “Şaxtyor” (Ukrayna) – 1:3
Qol: Abdulla Zubir
 
“Səbail”– 4 oyun. 3 qələbə, 1 heç-heçə. Top fərqi – 9:6
“Səbail” – “Aqvital” (Macarıstan) 3:2
Qollar: Kevin Kubemba, Ruslan Qurbanov (2)
“Səbail” – “Sürix” (İsveçrə) – 1:1
Qol: Ağabala Ramazanov
“Səbail” – “Desna” (Ukrayna) – 2:1
Qollar: Orxan Qurbanlı, Kevin Kubemba
“Səbail” – “Raça Sport” (Braziliya) – 3:2
Qollar: Orxan Qurbanlı (2), Aqşin Qurbanlı
“Səbail” – “Kaysar” (Qazaxıstan) – 0:0 (oyun 20-ci dəqiqədə saxlanılıb)
 
“Sabah”– 4 oyun, 2 qələbə, 2 heç-heçə. Top fərqi – 10:7
“Sabah” – “Əskişəhərspor” – 1:0
Qol: Emil Qasımov
“Sabah” – “Tobol” – 2:2
Qollar: Rəşad Eyubov, Cavid İmamverdiyev
“Sabah” – MTK (Macarıstan) – 3:1
Qollar: Vadim Abdullayev, Marko Deviç, Cavid İmamverdiyev
“Sabah” – “Syon” (U-21, İsveçrə) – 4:4
Qollar: Marko Deviç, Elşən Abdullayev, Təmkin Xəlilzadə, Filip İvanoviç
 
“Qəbələ” – 3 oyun. 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət. Top fərqi – 6:6
“Qəbələ” – “Meppen” (Almaniya) – 1:2
Qollar: Vellerson da Silva
“Qəbələ” – “Yenisey” (Rusiya) – 2:2
Qollar: Rauf Əliyev, Sabyen Lilay
“Qəbələ” – MTK (Macarıstan) – 3:2
Qollar: Cavid Hüseynov, Lalavola Atakora, Sabiel Lilay
 
“Sumqayıt” – 3 oyun. 2 qələbə, 1 heç-heçə. Top fərqi – 6:3.
“Sumqayıt” – “Jetısu” (Qazaxıstan) – 1:1
Qol: Ülvi İsgəndərov
“Sumqayıt” – “Vardar” (Makedoniya) – 3:1
Qollar: Arif Daşdəmirov, Xəyal Nəcəfov, Elvin Məmmədov
“Sumqayıt” – “Zemun” (Serbiya) –2:1
Qollar: Yusif Nəbiyev, Ülvi İsgəndərov
“Sumqayıt” – “Optik” (Almaniya) – 0:1 (2-ci hissə baş tutmayıb)
 
“Keşlə” – 4 oyun. 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət. Top fərqi – 2:5
“Keşlə” – Özbəkistan U-23 – 0:0
“Keşlə” – “Dinamo” (Vranye, Serbiya) – 0:2
“Keşlə” – “Atırau” (Qazaxıstan) – 1:3
Qol: Nikola Mitroviç
“Keşlə” – Çertanovo” (Rusiya) – 1:0
Qol: Slavik Alxasov
 
“Zirə”– 3 oyun, 3 qələbə. Top fərqi – 4:0
“Zirə” – “Voluntari” (Rumıniya) – 1:0
Qol: Pərdis Fərcad-Azad
“Zirə” – “Paksi” (Macarıstan) – 1:0
Qol: İlkin Qırtımov
“Zirə” – “Tambov” (Rusiya) – 2:0
Qollar: Bilal Həmdi, Aleksandr Dedov
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp