İngiltərənin “Suonsi” klubunun futbolçusu Vilfrid Boni karyerasını Qətərdə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı forvard “Əl Ərəbi” klubuna transfer olunub. Bu barədə “Suonsi”nin baş məşqçisi Qraham Potter İngiltərə mətbuatına açıqlamasında deyib.

2015-ci ildə “Suonsi”dən 32,3 milyon avroya “Mançester Siti”yə transfer olunan Boni, 2017-ci ildə 13 milyon avro qarşılığında yenidən “Suonsi”yə qayıtmışdı.

Boni cari mövsümdə 7 qarşılaşmada iştirak edib və 1 qol vurub.

Shares: