“Neftçi” daha bir futbolçusu ilə vidalaşıb.
Futbolinfo.az xəbər verir ki, Dario Frederiko komandanın Türkiyənin Antalya şəhərində keçdiyi təlim-məşq toplanışının sonuncu günündə ona meneceri vasitəsilə başqa klubdan sərfəli təklif gəldiyini bildirib.
Daha sonra tərəflər arasında bununla bağlı danışıqlar başlayıb.
"Neftçi” PFK-nın tələb etdiyi kompensasiya Cənubi Koreyanın "Daequ” klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib.
Paytaxt klubu yarımmüdafiəçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Dario Frederiko bu mövsüm "Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb, 3 qol vurub.