Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısından etibarən oyunların protokolları fərqli formada doldurulacaq.
Futbolinfo.az xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqası qərar qəbul edib.
Bundan sonra klublar hər oyun üçün ayrı-ayrılıqda futbolçuların adlarını yazmayacaqlar. Komandaların heyətinin ümumi siyahısı olacaq və yalnız iştirakçı futbolçuların qarşısında uyğun işarələr qoyulacaq.
Mövsümün ilk yarısında protokollar düzgün doldurulmadığı üçün Premyer Liqada iki oyunun nəticəsi ləğv edilib. IV turda “Zirə” “Səbail”lə matç üçün protokola 1998-ci il və daha gənc futbolçu daxil etmədiyinə, VIII turda isə “Qarabağ” “Səbail”lə oyunda protokolda adı qeyd olunmayan futbolçu (Abbas Hüseynov) meydana çıxdığına görə texniki məğlubiyyət alıb. Dəyişiklikdən sonra belə halların aradan qalxacağı düşünülür. (Futbolpress)