“Qarabağ”ın Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcəyi matç ərəfəsindəki açıq məşqinin məkanı dəyişib. 

Futbolinfo.az xəbər verir ki, hazırlıq prosesi yanvarın 31-də saat 15:30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 

Daha əvvəl məşqin "Azərsun Arena"da keçiriləcəyi açıqlanmışdı. Məkan dəyişikliyi oyunun da Respublika stadionunda təşkil ediləcəyi ilə əlaqələndirilib. 

Qeyd edək ki, açıq məşqin ilk yarım saatı ərzində baş məşqçi Qurban Qurbanov və futbolçuların brifinq keçirmələri gözlənilir.

Shares: