Futbol üzrə İspaniya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.
“Betis” səfərdə heç-heçəyə razılaşdığı “Espanyol”u doğma meydanda məğlub edərək, növbəti mərhələyə yüksəlib.
“Barselona” isə səfərdə 2 cavabsız qolla uduzduğu “Sevilya”ya doğma meydanda böyük hesabla qalib gəlib.
İspaniya Kuboku
1/4 finalın cavab oyunları
29 yanvar
Valensiya – Xetafe 3:1 (ilk oyun 0:1)
30 yanvar
Betis – Espanyol 3:1 (1:1)
Barselona – Sevilya 6:1 (0:2)
31 yanvar
00:30. Jirona – Real (4:2)