Türkiyənin “Alanyaspor” klubunun futbolçusu Merih Demiral karyerasını İtaliyada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 20 yaşlı müdafiəçi “Sassuolo”ya transfer olunub. A Seriyası təmsilçisi Merihi mövsümün sonuna qədər icarəyə götürüb. Amma icarə müddəti bitəndən sonra “Sassuolo” gənc futbolçunu birdəfəlik transfer etmək hüququna da malikdi.

“Sassuolo”nun rəsmi saytı Demiralın 3 nömrəli formanı geyinəcəyini açıqlayıb.

2017-ci ildə Portuqaliyanın “Sportinq” klubunun B komandasında çıxış etmiş Demiral Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmaları ilə yanaşı, əsas millisində də forma geyinib.

Shares: