Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Mançester Siti” klubunun üzvü Rabbi Matondonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. 

“Mançester Siti”də forma şansı qazanmayan Matondonun transferi “Şalke”yə 11 milyon avroya başa gəlib.

“Kardiff Siti”nin yetirməsi olan uelsli vinger İngiltərə klubuna 2016-cı ildə transfer olunmuşdu. O, bu mövsüm “şəhərlilər”in U-23 komandası ilə 11 oyuna çıxıb, 6 qola imza atıb.

Matondo Uels yığmasında da 1 oyuna çıxıb.

Shares: