“Barselona”nın sabiq futbolçusu Boyan Krkiç karyerasını Türkiyədə davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu “Sivasspor” klubuyla razılığa gəlib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Krkiçin bu gün Türkiyəyə gələcəyi və tibbi müayinədən keçdikdən sonra 1,5 illik müqavilə imzalayacağı bildirilib.
Karyerası ərzində “Barselona”, “Milan” kimi klublarda çıxış edən Krkiç, 2014-cü ildən “Stok Siti”də forma geyinir. İspan futbolçu cari mövsümdə Çempionşip təmsilçisiylə 15 qarşılaşmada iştirak edərək, 1 qol vurub.