Türkiyənin “Beşiktaş” klubunun yarımmüdafiəçisi Tolqay Arslan İstanbul təmsilçisindən ayrılacaq.
Futbolinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Şenol Günəş Türkiyə mətbuatına açıqlamasında deyib. O, həmçinin portuqaliyalı yarımmüdafiəçi Rikardo Kuaresmanın da ayrılacağını təsdiq edib. Təcrübəli çalışdırıcı Domaqoy Vida və Enzo Rokonun isə "Beşiktaş"da qalacağını bildirib.
T.Arslanın karyerasını bundan sonra İstanbulun digər təmsilçisi "Fənərbaxça"da davam etdirəcəyi bildirilir. 28 yaşlı oyunçu ilə tezliklə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Tolqay Arslan "Beşiktaş"a 2015-ci ildə "Hamburq"dan keçib.