Rusiyada 2018-ci ilin futbol üzrə ən yaxşı məşqçisinin adı məlum olub.

Futbolinfo.az xəbər verir ki, rusiyalı idman jurnalistləri tərəfindən keçirilən sorğuda, millinin çalışdırıcısı Stanislav Çerçesov ötən ilin ən yaxşı məşqçisi seçilib. 55 yaşlı mütəxəssis 2016-cı ildən Rusiya millisinə baş məşqçilik edir.

Rusiya millisi DÇ-2018-in 1/4 final mərhələsində Xorvatiyaya penaltilər seriyasında məğlub olaraq, mübarizəni dayandırmışdı.

Rusiyada keçirilən DÇ-2018-in qalibi, finalda Xorvatiyanı 4:2 hesabıyla məğlub edən Fransa yığması olmuşdu.

Shares: