PSJ Fransa kubokunun 1/4 final mərhələsində “Dijon”u məğlub edərək, yarımfinala yüksəlib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən qarşılaşma, Paris təmsilçisinin qolkiperi Canluici Buffon üçün əlamətdar olub. Belə ki, 41 yaşlı qapıçı karyerasında 600-cü qələbəsini qazanıb.
2001-2018-ci illər aralığında “Yuventus”da forma geyinən italyan qolkiper, 2018-ci ilin yayında PSJ-yə keçib. Buffon 176 dəfə də İtaliya millisinin şərəfini qoruyub.