“Neftçi” TV-nin fəaliyyəti başlaması istiqamətində aparılan işlər başa çatdırılmaq üzrədi.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Sportinfo”ya paytaxt klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib. 

Onun sözlərinə görə, bunun üçün nəzərdə tutulan məsələlər mərhələli şəkildə həll olunur:

“Televiziya işi elədi ki, gərək birinci təcrübəni öyrənəsən. Bildiyiniz kimi, dekabrda İstanbula gedərək, «Fənərbağça»TV ilə yaxından tanış oldum.

Televiziya işinin və yayımın təşkili ilə maraqlandım. Hansı texniki avadanlıqlardan istifadə etdiklərini gördüm.

Sonra biz «Bursaspor»la bu iş ətrafında fikir mübadiləsi apardıq. Türkiyədə cəmi 4 klubun kanalı var, onlardan biri də əməkdaşlıq müqaviləsi bağladığımız «Bursaspor»du.

«Fənərbağça» öz səviyyəsini qoruyacaq, HD yayım edəcək. «Qalatasaray», «Beşiktaş» və «Bursaspor» yaxınlarda yalnız internet üzərindən, yəni «youtube» vastəsilə yayımda olacaq. 

Əslində, bu, bizim başlamaq istədiyimiz sistemdi. Hazırda «Bursaspor»un təcrübəsini öyrənirik və danışıqlar davam edir.

Ən qısa müddətdə «Neftçi»TV-də müxtəlif verlişlərin, yeni reportajların getdiyini görəcəksiz. Bunlar artıq kanalın açılmasından ötrü atılan konkret addımlardı. 

Ən böyük problemlərdən biri akademiya komandalarımızın oyunlarının canlı yayımını təşkil etmək idi, bunu da aradan qaldırmaq üzrəyik. Arxivin yaradılmasına çalışırıq.

Plan üzrə axsama yoxdu, hər şey qaydasındadı. İnşallah, tez bir zamanda internet üzərindən fəaliyyətə başlayacağıq».

Shares: