Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Hər iki oyun gərgin mübarizə ilə yadda qalıb. İlk oyunda 2 cavabsız qolla qalib gələn “Qalatasaray” aşağı liqa təmsilçisi “Hatayspor”la səfər matçında da rəqib qapısından 2 top keçirib. Lakin ikinci hissədə meydan sahibləri buraxdıqları bütün topların əvəzini çıxmağa nail olublar. İstanbul təmsilçisi yalnız səfərdə vurulan qollar sayəsində növbəti mərhələyə adlayan tərəf olub. 

“Göztəpə” isə səfərdə minimal hesabla uduzduğu “Yeni Malatyaspor”a eyni hesabla qalib gəlib. Əlavə vaxtda qalib müəyyənləşmədiyindən penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Yeni Malatyaspor” yarımfinala çıxıb.

Türkiyə Kuboku
1/4 final

26 fevral

Ümraniyəspor – Trabzonspor 3:1 (ilk oyun 0:0)

27 fevral

Hatayspor – Qalatasaray 4:2 (0:2)

Göztəpə – Yeni Malatyaspor 1:0, penaltilər 3:5 (0:1)

28 fevral

21:00. Kasımpaşa – Akhisarspor (1:3)

Shares: