Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə “Real” “Barselona” ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınmışdı – 1:1.
“Santyaqo Bernabeu” stadionunda keçirilən cavab görüşündə isə Kataloniya təmsilçisi darmadağına imza ataraq finala yüksəlib.
Digər yarımfinal görüşü “Valensiya” ilə “Betis” arasında baş tutacaq.
İspaniya kuboku
Yarımfinalın cavab oyunları
27 fevral
Real – Barselona 0:3 (İlk oyun 1:1)
Qol: L.Suares, 50; 73-pen. Varan, 69-öz qapısına.
28 fevral
00:00. Valensiya – Betis (2:2)