İngiltərənin “Mançester Siti” klubu ciddi itkilərlə üzləşib.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Fernandinyo ilə mərkəz müdafiəçisi Emerik Lyaport təxminən bir aylıq sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hər iki futbolçu Liqa Kubokunun finalında “Çelsi”yə qarşı oyunda (0:0, penaltilər 4:3) zədələnib. 

Fernandinyo ilə Lyaport Premyer Liqa çərçivəsində “Vest Hem”, “Bornmut” və “Uotford”la, həmçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin “Şalke”ylə cavab oyununda “Mançester Siti”yə kömək edə bilməyəcək.

Shares: