"Yaxşı oynadıq, amma son zərbələri qola çevirə bilmədik.Bütün gücümüzlə mübarizə apardıq. Üzgünük. Bu, acı məğlubiyyətdir" – bu sözləri "Real"ın baş məşqçisi Santyaqo Solari İspaniya kubokunun yarımfinalında "Barselona"ya 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra deyib.
"Birinci hissədə çoxlu qol epizodumuz oldu. Bir cavabsız qol vura bilsəydik, ikinci yarı daha fərqli olardı. Oyuna nəzarəti heç zaman itirmədik. Amma onlar qapıya vurduğu ilk zərbədə hesabı açdılar. Sonra da öz qapımıza qol vurduq.Finala çıxmaq şansımız çox idi, amma bundan istifadə edə bilmədik" – deyə o bildirib .
Solari artıq bu məğlubiyyəti unutmalı olduqlarını vurğulayıb: "Futbolda tez ayağa qalxmaq lazımdır. Çünki həftəsonu oyunumuz var. Özümüzə inanmalıyıq".