“Qəbələ”nin gələcəyi ilə bağlı narahatlığa, nəhayət, son qoyulub. Prezident Tale Heydərov klubun 2019/20-ci il mövsümü üçün büdcəsini təsdiqləyib. Bu da o deməkdi ki, “qırmızı-qaralar”ın yayda fəaliyyətini dayandıracağına dair söz-söhbətləri bir kənara qoymaq lazımdı.
 
Əyalət klubu iddiasını saxlayacaq və yeni mövsümdə də medallar uğrunda mübarizə aparacaq. Çünki büdcəyə elə bir dəyişiklik edilməyib. Ayrılan vəsait aşağı-yuxarı eyni saxlanılıb.
 
Eyni zamanda, akademiyanın yetirmələrinə yol açılması qarşıya qoyulan məqsəddi. Necə deyərlər, ötən yaydan başlayan kursun davam etdirilməsi prioritet məsələdi. Transfer siyasətinin konturları gəncləşdirmə üzərində qurulub. Orta yaş həddi bir qədər də aşağı salınacaq.
 
Yaşlı yerli futbolçuların bir neçəsinin yayda yola salınması və gənc legionlərlərin gətirilməsi baş məşqçi Sənan Qurbanova tapşırılıb.
Shares: