"Real"ın müdafiəçisi Rafael Varan instaqram hesabı vasitəsilə "El Klasiko"da dağılmış dizinin şəklini paylaşıb. Fransalı futbolçu ayağının durumunun ürəkaçan olmadığını vurğulayıb.
"Santyaqo Bernabeu"dakı qarşılaşmada "Barselona"nın ikinci qolu zamanı avtoqol müəllifi olan Varan zədəni də məhz həmin vaxt alıb.
Qeyd edək ki, İspaniya Kral Kubokunun yarımfinal mərhələsində səfərdə 1:1 hesablı bərabərə qalmasına baxmayaraq, evdə rəqibinə (0:3) məğlub olan "Real" mübarizəni dayandırıb.