AFFA Nikola Yurçeviçlə müqaviləni sabah rəsmiləşdirəcək. Milli komandamızın yeni baş məşqçisi təyin olunan xorvatla anlaşmanın hələ də imzalanmaması texniki detallara görə imiş.
 
Futbolinfo.az saytına açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla artıq bütün məsələlərin həllini tapdığını bildirdi: “Bəzi texniki detallara görə müqavilənin imzalanması yubanırdı. Artıq sabah rəsmi müqavilə imzalanacaq”.
 
İcraiyyə Komitəsində təyinatı təsdiqlənən Yurçeviçin ilk mətbuat konfransında onunla imzalanacaq müqavilənin detalları haqda bilgi veriləcəyi vəd olunmuşdu. Firuz bəy xatırlatmamızı unutmadıqlarını dedi: “Müqavilənin detalları deyərkən əksəriyyəti maliyyə məsələləri maraqlandırır. Bu barədə gələn həftə mətbuata mütləq bilgi veriləcək”.
Shares: