AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Slovakiya millisində itki baş verib.

Futbolinfo.az xəbər verir ki, Slovakiya millisinin futbolçusu Adam Zrelyak Bakıda Azərbaycan yığması ilə qarşılaşmada iştirak edə bilməyəcək. 25 yaşlı hücumçu zədəyə görə 4-6 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Almaniyanın “Nürnberq” klubunda çıxış edən Zrelyak, komandasının son məşqində zədə alıb. Onun xaçabənzər bağlarının qırıldığı bildirilir.

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Slovakiya ilə yanaşı, Xorvatiya, Macarıstan, Uelslə birlikdə E qrupunda mübarizə aparacaq. Slovakiya ilə ilk görüş iyunun 21-də Bakıda, növbəti qarşılaşma isə noyabrın 19-da səfərdə keçiriləcək. 

Shares: