“Yuventus” İtaliya A Seriyasının 26-cı turunda “Napoli” ilə qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi sözügedən qarşılaşmaya ciddi itki ilə çıxacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Yuventus”un 25-ci turda “Bolonya” ilə keçirilən səfər matçında (0:1) Kriştiano Ronaldonun yüngül zədələndiyi və “Napoli” ilə matçı buraxacağı bildirilib.
Ronaldonun, “Yuventus”un Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə qarşılaşacağı cavab matçına qədər hazır olacağı gözlənilir.
Turin təmsilçisi ilk oyunda madridlilərə 0:2 hesabıyla məğlub olub. “Yuventus” ilə “Atletiko” arasındakı cavab matçı martın 12-də keçiriləcək.
“Napoli” – “Yuventus” matçı isə martın 3-də, saat 23:30-da start götürəcək.