“Real” İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona”ya 0:3 hesabı ilə məğlub olaraq (ilk oyun 1:1), kubokda mübarizəni dayandırıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi bu məğlubiyyətlə bu mövsüm artıq 5-ci oyundur ki, 3 və daha çox top fərqi ilə uduzur.
“Kal klubu” bu mövsüm “Eybar”a 0:3, “Barselona”ya 1:5 və 0:3, “Sevilya”ya və Moskva ÇSKA-sına da eyni – 0:3 hesabıyla məğlub olub.
“Real” son dəfə 23 il əvvəl, 1995/96 mövsümündə 5 oyunda 3 və daha çox top fərqi ilə uduzmuşdu.