Mini Futbol Liqasında (MFL) biabırçı hadisə baş verib.
"Qala Sığorta" və "Sabko" komandaları arasındakı qarşılaşma yarımçıq dayandırılıb. Buna "Sabko"nun futbolçusu Ramin Əliyevin oyunun baş hakimi Nahid Xasıyevi döyməsi səbəb olub. Məlumata görə, o, Premyer Liqa oyunlarına da təyinat alan referiyə sillə və təpik zərbələri endirib. Bundan sonra oyun saxlanılıb.
"Sabko"ya "Qala Sığorta" qarşısında texniki məğlubiyyət verilib. (Futbolpress)