İngiltərənin “Fulhem” klubu baş məşqçisi Klaudio Ranyeri ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

67 yaşlı italiyalı mütəxəssis komandanın uğursuz nəticələrinə görə postundan uzaqlaşdırılıb. Klubun yaydığı məlumata görə, mövsümün sonuna kimi komandanı Skott Parker çalışdıracaq.

Ranyeri “Fulhem”i 2018-ci ilin noyabr ayından çalışdırırdı. Slavişa Yokanoviçi əvəz edən təcrübəli mütəxəssis bu komanda ilə çıxdığı 16 Premyer Liqa matçında cəmi 3 qələbəyə sevinə bilib.

Hazırda 28 turdan sonra 17 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşan “Fulhem”i elitada qalmaq yolunda çətin sınaqlar gözləyir. Belə ki, sözügedən komanda təkcə mart ayında “Çelsi”, “Liverpul və “Mançester Siti” kimi rəqiblərlə qarşılaşacaq.

Shares: