Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə “Real” “Barselona” ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınmışdı – 1:1. “Santyaqo Bernabeu” stadionunda keçirilən cavab görüşündə isə Kataloniya təmsilçisi darmadağına imza ataraq finala yüksəlib.
Digər yarımfinal görüşü “Valensiya” ilə “Betis” arasında baş tutub. Tərəflər arasındakı ilk oyunda məhsuldar heç-heçə qeydə alınmışdı. Cavab görüşündə isə “Valensiya” minimal hesabla qalib gələrək finala yüksəlib.
Beləliklə, mayın 25-də keçiriləcək final matçında “Valensiya” ilə “Barselona” üz-üzə gələcək.
İspaniya kuboku
Yarımfinalın cavab oyunları
27 fevral
Real – Barselona 0:3 (İlk oyun 1:1)
Qol: L.Suares, 50; 73-pen. Varan, 69-öz qapısına.
28 fevral
Valensiya – Betis 1:0 (2:2)
Qol: Rodriqo, 56.