Slovakiyanın millimizlə keçirəcəyi Avro-2020-nin seçmə oyunu üçün hazırlıq planı müəyyənləşib. Pavel Hapalın baş məşqçi olduğu kollektiv iyunun 7-də bir araya gələcək. Həmin gün onlar Trnavadakı Anton Malatinski stadionunda İordaniya ilə yoldaşlıq görüşü keçirəcəklər.
Azərbaycan Avro-2020-nin seçmə mərhələsində Slovakiya ilə yanaşı, Xorvatiya, Macarıstan, Uelslə birgə E qrupunda mübarizə aparacaq. Yığma Slovakiya ilə ilk oyunu iyunun 11-də evdə, növbəti matçı isə noyabrın 19-da səfərdə keçirəcək.