Konqolu vinger Con Delarj “Qarabağ”dan ayrılmayıb. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, artıq vətəninə yollanan legionerin səfərində məqsəd başqadı.
“Bursaspor”dan ötən yay “Qarabağ”a gələn futbolçu Ağdam klubunda ümidləri doğrultmadı. Müqaviləsi davam etdiyindən, “Qarabağ” onu heyətdən uzaqlaşdıra bilmədi və divizionda oynadır. Onun sosial şəbəkədə hava limanından şəkil paylaşaraq “Vaxtdır” yazması artıq Delarjın komandadan ayrılmasına işarə ola bilərdi. Lakin…
Klubdan aldığımız məlumata görə, Con icazə alaraq, müvəqqəti olaraq Bakını tərk edib. Bacısı rəhmətə gedən futbolçu tezliklə geri qayıdacaq.