“Real”ın 18 yaşlılardan ibarət komandasının baş məşqçisi Alvare Benito postundan göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Benito, İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona”ya 0:3 hesabıyla məğlub olan “Real”ın əsas komandası haqda yerli telekanallardan birinə vediyi açıqlama səbəbindən göndərilib.
Benito açıqlamasında “Real”ın futbolçularını tənqid edib:
“Junior Vinisius hər kəsi təəccübləndirir. Gəncdir, ancaq oyunda balansı pozur. Əsas problem də, Kroos kimi, Kazemiro kimi bir dəqiqə də oynamayan futbolçuların meydanda olmasıdır”.