“Dario uzun müddət əvvəl yığmadan gedib və qayıtmaq məqsədi də yoxdu”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri xorvatiyalı məşqçi İliya Lonçareviç ölkəsinin mətbuatına açıqlamasında deyib.
75 yaşlı mütəxəssis bir neçə il əvvəl milli karyerasını başa vuran Dario Srnanın müdafiəçi çatışmazlığı səbəbindən yığmaya qayıdıcağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, 37 yaşlı sabiq kapitanın milli komandaya dönməsinə ehtiyac olmadığını vurğulayıb: “Buna səbəb görmürəm. Çünki Azərbaycan və Macarıstanla oyun yığmamız üçün həlledici deyil. Mərhələ hələ yeni başlayır. Yalnız sonda, həlledici oyunlarda ehtiyac yaranarsa, bu məsələ gündəmə gələ bilər”.
Digər yerli məşqçilər Miroslav Blajeviç və Zoran Viliç də sorğuya cavab olaraq milli komandanın hazırda Srnaya möhtac olmadığını bildirib.
Qeyd edək ki Xorvatiya millisi martın 21-də millimizlə Zaqrebdə, 24-də isə Macarıstanla səfərdə qarşılaşacaq.