Futbol üzrə Latviya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bundan sonra sözügedən komandaya Slavişa Stoyanoviç rəhbərlik edəcək.
Bu barədə Latviya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumata görə, 49 yaşlı mütəxəssis 3 illik müqaviləyə imza atıb.
Sloveniyalı mütəxəssisin son iş yeri Bolqarıstanın “Levski” (Sofiya) klubu olub. O, daha öncə “Slovan”, “Livar”, “Domjale”, “Çelye”, “Srvena Zvezda”, “Lyers”, “Çanqçun Yatay” və “Riqa” klublarında, həmçinin BƏƏ (köməkçi məşqçi kimi) və Sloveniya yığmalarında da çalışıb.