“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.
Futbolinfo.az xəbər verir ki, bölgə klubunun təmsilçiləri AFFA-nın təşkil etdiyi liqalarda qüvvələrini sınayıblar.
“Keşlə”nin qonağı olan U-19 üç cavabsız qolla qalib gəlib. 20 matçdan sonra 54 xala malik komanda Gənclər Liqasının lideridi.
Səfərdə “Zirə”ylə görüşən U-17 heç-heçə ilə kifayətlənib – 1:1. 14 oyunda 25 xal toplayan “qırmızı-qaralar” 5-ci sırada qərarlaşıb.
“Qəbələ” U-16 Liqasının “Səbail”lə ev görüşündə 4:1 hesabı ilə qalib gəlib. 20 qarşılaşmaya çıxan komanda 52 xalla yarışın lideridi.
U-15 isə öz meydanında “Gəncə” TİM-i 8:0 hesabı ilə məğlub edib. 17 matçda 45 xal yığan “Qəbələ” 2-ci sırada yer alıb.
Paytaxt zonasında mübarizə aparan U-14 “Zirə”ni 6 cavabsız qolla məğlub edib. Keçirdiyi 17 görüşdə 39 xal toplayan “Qəbələ” 1-ci pillədə qərarlaşıb. U-13 eyni zonada ROFM “Xəzər” üzərində qələbə qazanıb – 3:1. 18 oyunda 27 xal yığan “qırmızı-qaralar” 8-ci yerdədi.
U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında klubun iki təmsilçisi üz-üzə gəlib. “Qəbələ” UGİM-ə 8:0 hesabı ilə qalib gəlib. 16 turdan sonra “Qəbələ” 48 xalla birinci, UGİM 29 xalla 2-cidi. Eyni zonada mübarizə aparan U-11 UGİM-lə (İsmayıllı) matçda 6:1 hesablı qələbə əldə edib. 14 oyunun hamısında qalib gələn “Qəbələ” yarışın lideridir. U-10 Liqasının eyni zonasında da iki təmsilçimiz mübarizə aparır. UGİM Yevlaxın UGİM-inə uduzub – 2:3. “Qəbələ” isə UGİM “Rabitəçi”yə 11 cavabsız qol vurub. 16 oyundan sonra “Qəbələ” 48 xalla 1-ci, UGİM 24 xalla 3-cüdü.